Aleksandre Daraxvelidze - ciblərində və çantalarında soyuq silah gəzdirirlər və ağır cinayət baş vermə riski var, məhz bunun qarşısını almaq üçün silah gəzdirməklə bağlı dəyişikliklər hazırlanıb
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze statistikanın soyuq silahdan istifadə nəticəsində baş verən ağır cinayətlərin sayının kifayət qədər çox olduğunu göstərdiyini bildirir.
O, Daxili İşlər Nazirliyinin məhz bu səbəbdən soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyəti sərtləşdirən qanunvericilik paketi hazırladığını bildirib.
“Əsas məqsədimiz mövcud vəziyyəti təhlil etmək və digər ölkələrin təcrübəsini görmək və bölüşmək idi. Soyuq silahdan istifadə nəticəsində baş verən ağır cinayətlərin sayının kifayət qədər çox olduğunu gördük. Cinayətlərin 54 faizi soyuq silahla törədilən cinayətlər olub. Müvafiq olaraq, qanunvericiliyə yenidən baxmağa məcbur olduq. Cari ilin statistik göstəricilərinə nəzər salsanız, əvvəlki illərlə müqayisədə inzibati qaydada cərimələnənlərin sayı kifayət qədər çoxdur. Bir çox hallarda hətta bütün ilin göstəricisini də qabaqlayır. Bu səbəbdən biz soyuq silahlara yanaşmanı sərtləşdirmək üçün qanun layihəsi hazırlamışıq. Təbii ki, bu, ov, balıqçılıq, məişət qidalarının hazırlanması kimi hallara şamil edilmir. Söhbət soyuq silahın cibdə, bel çantasında gəzdirilməsindən gedir və ağır cinayət baş vermə riski var. Dəyişikliklər məhz bu istiqamətin qarşısını almaq üçün hazırlanıb” -deyə Aleksandre Daraxvelidze bildirib.
Hüquq Komitəsi soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini dəstəkləyib.