Aleksandre Daraxvelidze BMT-nin Layihə Xidməti Ofisinin Avstriya regional ofisinin direktoru ilə görüşüb
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Regional Bürosunun direktoru Freya Fon Qrot ilə tanışlıq görüşü keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə BMT-nin Gürcüstandakı Layihə Xidmətləri Ofisinin (UNOPS) layihənin baş meneceri və Beynəlxalq Əlaqələr Departamentinin direktoru iştirak edib.
“Görüşdə daxili işlər nazirinin müavini Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) nümayəndəsinə nazirliyin struktur bölmələrinin fəaliyyəti və mövcud ehtiyaclar barədə məlumat verib. Tərəflər mövcud əməkdaşlıq və layihələr çərçivəsində həyata keçirilən və planlaşdırılan tədbirləri müzakirə edib, gələcək əlaqələrin prioritet istiqamətlərində razılaşıblar.
Aleksandre Daraxvelidze Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Təhlükəsizlik, Hesabatlılıq və Cinayətkarlıqla Mübarizə üzrə Gürcüstanda Avropa İttifaqı (SAFE)” proqramı çərçivəsində Daxili İşlər Nazirliyinə vətəndaş təhlükəsizliyi, cinayətlə mübarizə və cinayətin qarşısının alınması, məişət zorakılığı və kibercinayətkarlıqla mübarizə məsələlərində edilən dəstəyə diqqət çəkib.
Görüşün sonunda nazir müavini Gürcüstanın təhlükəsizlik sektorunun gücləndirilməsi baxımından Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) fəaliyyətinin əhəmiyyətini bir daha vurğuladı və bu illər ərzində Daxili İşlər Naziriyinin imkanlarının inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirdi. “, – qurumun məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev