Aleksandre Daraxvelidze ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Yohan Merfi ilə görüş keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Agentlikdən verilən məlumata görə, görüş çərçivəsində tərəflər qarşıdan gələn parlament seçkiləri, seçki prosesinin təhlükəsiz və azad şəraitdə keçirilməsinin vacibliyini müzakirə ediblər.
“Daxili işlər nazirinin müavini nümayəndə heyətinin üzvlərinə seçkiqabağı dövrdə qurum tərəfindən seçkilərin azad, demokratik və təhlükəsiz şəraitdə keçirilməsi üçün həyata keçirilən səmərəli tədbirlər barədə ətraflı məlumat verib.
İclasda Aleksandre Daraxvelidze həmçinin Daxili İşlər Nazirliyində polis əməkdaşlarının seçki prosesində öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmələrini təmin etmək üçün əməkdaşların hazırlanması məqsədi daşıyan layihələrə diqqət çəkib.
Aleksandre Daraxvelidze Daxili İşlər Nazirliyi ilə fəal əməkdaşlığa və seçkilər zamanı aşkar edilmiş mümkün pozuntular və polisin verdiyi cavab barədə müşahidə missiyasının nümayəndələri ilə müvafiq məlumatları paylaşmağa hazır olduğunu bildirib. – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.