Aleksandr Vuçiç - İrakli Kobaxidze ilə görüşdə regionda sülh və sabitliyə sadiqliyin Avropa qitəsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə dair razılaşdıq
Serbiyanın Prezidenti Aleksandr Vuçiç Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşünə “Instagram” sosial şəbəkəsində münasibət bildirir.
Serbiyanın Prezidenti iqtisadiyyat, təhlükəsizlik və enerji sahəsində mövcud ümumi çağırışlara toxunulduğunu deyib.
“Mən və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iqtisadiyyat, təhlükəsizlik və enerji sahəsində mövcud ümumi çağırışlarla bağlı düşüncələrimizi bölüşdük. Serbiya və Gürcüstan arasında əlaqələri daha da gücləndirməklə bağlı hazır olduğumuzu vurğuladıq, eləcə də Avropaya gedən yolda ikitərəfli münasibətlərin və əməkdaşlığın yaxşılaşdırılmasının əhəmiyyətini qeyd etdik. Regionda sülh və sabitliyə sadiqliyin Avropa qitəsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə dair razılaşdıq” – Aleksandr Vuçiç qeyd edir.