Aleksandr Vuçiç – Azərbaycandan Serbiyaya qaz nəqli dayandırılıb və onların nə vaxt bərpa ediləcəyi məlum deyil

14:11, 12.01.2025

Azərbaycandan Serbiyaya qaz nəqli dayandırılıb və nə vaxt bərpa olunacağı məlum deyil. – Bu məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç yayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Serbiyaya qazın nəqlinin dayandırılması ilə bağlı məlumat verib.

“Mən azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan məlumat aldım ki, fors-major vəziyyətlər və problemlər üzündən gündəlik olaraq bizə verilən 1,7 milyon kubmetr qaza arxalana bilməyəcəyik”. – Vuçiç dedi.

Onun qeyd etdiyi kimi, qazın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Bu o deməkdir ki, biz bundan sonra qaz ehtiyatlarından istifadəyə başlayacağıq”. – Vuçiç dedi.

O, tədarükün bir-iki aya bərpa olunacağına ümid etdiyini bildirib.

2023-cü ildə Serbiya Azərbaycanla 2024-cü ildən başlayaraq ildə 400 milyon kubmetr təbii qaz almağa dair müqavilə imzalayıb. Ümumilikdə Serbiya ildə üç milyard kubmetr qaz istifadə edir.

Oxşar