Aleksandr Vinikov -  Mixeil Saakaşvili Gürcüstanın daxili məsələsidir, NATO gözləyir ki, demokratik standartlar müdafiə olunacaq
Aleksandr Vinikov -  Mixeil Saakaşvili Gürcüstanın daxili məsələsidir, NATO gözləyir ki, demokratik standartlar müdafiə olunacaq

NATO Gürcüstandan son illərdə inkişaf etdirmək üçün çox çalışdığı demokratik standartlara əməl edəcəyini gözləyir, – bu barədə NATO-nun Əlaqələr Ofisinin rəhbəri, Aleksandr Vinikov Mixail Saakaşvili ilə bağlı sualı cavablandırarkən bəyan etdi.

Onun dediyinə görə, bu məsələnin NATO-ya aidiyyatı yoxdur, lakin istənilən demokratik dövlətdə hökumət avtomatik olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına cavabdehdir.

“Düşünürəm bu NATO-nun məsələsi deyil, lakin sözsüz ki, istənilən demokratik ölkədə belə hallar onun qanunvericiliyinə və insan hüquqları ilə bağlı öhdəliklərinə uyğun olmalıdır. Mən deyərdim ki, bu Gürcüstanın daxili məsələsidir və ümumiyyətlə, NATO Gürcüstandan son illərdə inkişaf etdirmək üçün bu qədər çox çalışdığı demokratik standartlara əməl edəcəyini gözləyir. Düşünürəm, istənilən demokratik dövlətdə hökumət avtomatik olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına cavabdehdir. Düşünürəm, bu işdə fərqli yoxdur”, – Vinikov bəyan etdi.