Aleksandr Vinikov - Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində əldə edəcəyi irəliləyiş NATO-ya daxil olmaq yolunda irəliləyişdir, gürcü dostlarımızı fürsət pəncərəsindən istifadə etməyə çağırırıq
Aleksandr Vinikov - Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində əldə edəcəyi irəliləyiş NATO-ya daxil olmaq yolunda irəliləyişdir, gürcü dostlarımızı fürsət pəncərəsindən istifadə etməyə çağırırıq

Biz gürcü dostlarımızı Avropa İttifaqına namizəd statusu prosesinin təqdim etdiyi mövcud imkan pəncərəsindən tam istifadə etməyə çağırırıq, – NATO alyans ofisinin rəhbəri Aleksandr Vinikov bildirib.

Onun qeyd etdiyinə əsasən, Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində əldə edəcəyi irəliləyiş həm də NATO-ya daxil olmaq istiqamətində irəliləyişdir.

“NATO və Avropa İttifaqı fərqli təşkilatlardır, lakin Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində əldə etdiyi hər hansı irəliləyiş həm də Gürcüstanın NATO-ya daxil olması istiqamətində əldə etdiyi irəliləyişdir. Hər iki təşkilat, Avropa İttifaqı və NATO demokratiya, insan hüquqları və qanunun aliliyi kimi dəyər və prinsiplərə əsaslanır. Bunlar NATO və Avropa İttifaqına qoşulmaq istəyən hər bir ölkənin bölüşməli olduğu fundamental dəyərlərdir. Buna görə də, biz gürcü dostlarımızı irəliləyişə nail olmaq və NATO-nun Gürcüstana da tövsiyə etdiyi daxili islahatları həyata keçirmək üçün Avropa İttifaqına namizəd statusu prosesinin təqdim etdiyi imkan pəncərəsindən tam istifadə etməyə çağırırıq”, – deyə Aleksandre Vinikov bildirib.