Aleksandr Tsuladze təhsil naziri təyin edilib
Aleksandr Tsuladze təhsil naziri təyin edilib

Aleksandre Tsuladze Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tutdu.

Yeni təhsil nazirini hökumət administrasiyasında keçirilən brifinqdə Gürcüstanın baş naziri İrakli Kobaxidze təqdim edib.

Aleksandre Tsuladze etimada görə baş nazirə təşəkkür edib.

Giorgi Amilaxvari sentyabrın 28-də Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tərk edərək özəl sektora qayıtdığını açıqlayıb.