Aleksandr Sirski Ukraynanın təxminən 1000 kvadrat kilometr Rusiya ərazisinə nəzarət etdiyini bildirir
Aleksandr Sirski Ukraynanın təxminən 1000 kvadrat kilometr Rusiya ərazisinə nəzarət etdiyini bildirir

Ukrayna Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir, – bu barədə Ukraynanın Silahlı Qüvvələrinin rəhbəri Aleksandr Sirski bildirib.

“Kursk vilayəti ərazisində hücum əməliyyatı. Hazırda Rusiya Federasiyasının təxminən min kvadrat kilometr ərazisi bizim nəzarətimiz altındadır”, – Ukraynanın yüksək rütbəli hərbi rəsmisi qərargahın iclasında bildirib.

Paralel olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, qərargah iclasında ən vacib şey Sirskinin cəbhədəki müdafiə hərəkətləri və Kursk vilayətindəki əməliyyatla bağlı məruzəsi olub.

Zelenski əlavə edib ki, daxili işlər naziri, digər rəsmi şəxslər və Ukraynanın Təhlükəsizlik Xidmətinə əməliyyatın keçirildiyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.