Aleksandr Sirski Rusiyanın mayın 9-dək Çasiv Yar şəhərini iələ keçirmək istədiyini bildirir

15:35, 14.04.2024

Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Rusiyanın mayın 9-dək Donetsk vilayətinin Çasiv Yar şəhərini ələ keçirmək istədiyini bildirir.

Sirskinin Facebook səhifəsində yazdığı üzrə, Rusiya ordusu Baxmut şəhərinin qərbində cəmləşir və bu istiqamətdə ukraynalıların müdafiə xəttini yarıb keçmək istəyir ki, bu da onlara Çasiv Yarı işğal etməyə və sonra səylərini Kramatorsk istiqamətinə yönləndirməyə imkan verəcək.

“Rusiya hərbi rəhbərliyinin rus əsgərlərinin qarşısına mayın 9-dək Çasiv Yarı işğal etmək tapşırığını qoyduğunu nəzərə alsaq təhlükə aktualdır”,- Aleksandr Sirski yazır.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri böyük səylər bahasına düşmənin hücumlarını dayandırır.

“BBC”nin məlumatına görə, Çasiv Yar Donetsk bölgəsində Ukrayna hərbi qüvvələri üçün mühüm dayaq nöqtəsidir.

Oxşar