Aleksandr Lukaşenko - Rusiya ilə birgə milli valyutamızın olmasına razıyam, ancaq bu nə rus, nə də belarus rublu olmasın
Belorussiya Rusiya ilə birgə milli valyutasının olmasına razıdır, ancaq bu nə rus, nə də belarus rublu olmasın, – bu bəyanatı Belorussiya prezidenti Aleksandr Lukaşenko mətbuat konfransında verdi.
Lukaşenko qeyd etdi ki, emissiya mərkəzinin harada yerləşdiyinin isə, ərqi yoxdur.
“Emissiya mərkəzinin harda, olub-olmadığı, vacib deyil, lap Rusiyada, mənim ən sevdiyim şəhər olan Sankt-Peterburqda yerləşsin” – dedi Lukaşenko.