Aleksandr  Lukaşenko hökuməti istefaya göndərib
Aleksandr  Lukaşenko hökuməti istefaya göndərib

 

 Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib.Bu barədə o, dövlət televiziyasının canlı efirində bildirib.Onun sözlərinə görə,müvafiq sərəncamı artıq imzalayıb.Məlumatı yerli mətbuat yayır.

Yayılan məlumata görə,bunadək prezidentlə görüşdə nazirlər kabinetinin  yeni tərkibi məsələsi müzakirə edilib.Bu tədbirdə Belarus Şurasının sədri, Hatalia Kochanova ,Nümayəndələr Palatasının sədri, Vladimer Andreichenko, həmçinin Prezident Administrasiyasının rəhbəri və Təhlükəsizlik Şurasının katibi iştirak edib.

 

Hazırladı-Sevinc Mustafayeva