Aleksandr Lukaşenko - Gürcüstan rəhbərliyi abxazlarla görüşlərə niyə belə kəskin reaksiya verir? Bəlkə də bu görüşlər abxazlarla gürcülər arasında dostluğa xidmət edir
Aleksandr Lukaşenko - Gürcüstan rəhbərliyi abxazlarla görüşlərə niyə belə kəskin reaksiya verir? Bəlkə də bu görüşlər abxazlarla gürcülər arasında dostluğa xidmət edir

 
Gürcüstan rəhbərliyinin Abxaziya nümayəndələri ilə görüşlərimizə niyə belə kəskin reaksiya verdiyinə dair heç bir fikrim yoxdur- Belarus Prezidenti bu barədə Minskdə, işğal altındakı Abxaziyanın dırnaq arası lideri Aslan Bjania ilə görüşdə açıqlayıb.

Bununla yanaşı, Lukaşenkonun qeyd etdiyi kimi, o, Gürcüstanda cərəyan edən vəziyyəti müşahidə edir.

“İnsanlar arasında, xalqlar arasında normal, isti, dostluq münasibətləri ola bilməzmi? Ola bilsin ki, o zaman dediyim kimi, bu münasibətlər abxaz və gürcü xalqları arasında sülhə, dostluğa xidmət edir. Axı siz və mən heç vaxt Tbilisiyə qarşı hər hansı tədbir planlaşdırmamışıq.

Mən Gürcüstanda cərəyan edən vəziyyəti müşahidə edirəm. Məsələn, sabiq prezident Mixeil Saakaşvili ilə bağlı. Nədənsə o, bir zamanlar prezident olması nöqteyi-nəzərdən o qədər də qürurlu görünmür. İndi cərəyan edən səviyyəyə çatmaq sadəcə olaraq qürurlanacaq bir şey deyil. Niyə bunu deyirəm – biz qiymətləndirmə etməmişik, bu vəziyyətə müdaxilə etməmişik. Tbilisi ilə çox yaxşı münasibətlərimizi mümkün qədər qorumuşuq və saxlayırıq. Niyə belə kəskin reaksiya verirlər? Fikrimcə siz mənə bu suala cavab tapmaqda kömək edəcəksiniz”- deyə Aleksandr Lukaşenko Bjania ilə görüşdə açıqlayıb.