Aleksandr Lukaşenko - Belarus ərazisindən Ukraynaya həqiqətən raketlər buraxıldı, lakin bu məcburi addım idi
Biz gərək müharibəni dayandıraq. Buna müharibə də deməzdim, bu münaqişədir. Bir-iki gün müharibə olacaq və üçüncü gündən sonra ətçəkən maşınına çevriləcək, – bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etdi.
Lukaşenkonun dediyinə görə, “Belarus ərazisindən Ukraynaya həqiqətən raketlər buraxıldı, lakin bu məcburi addım idi, çünki Ukrayna Rusiyaya hücüm planlaşdırırdı və bunun üçün Belarus sərhədində raketləri hazır idi”.
Lukaçenkonu Ukraynanı “Belarus kimi – neytral, nüvə silahsız ölkə” olmağa çağırdı.
Rusiya prezidentinin mətbuat katibi, Dmitri Peskov bəyan etdiyinə görə, “nail olunan razılaşmaya uyğun olaraq, Rusiya nümayəndə heyəti Ukraynalılar ilə danışıqlar üçün Belarusa getdi”.
Eyni zamanda, Ukrayna prezidenti, Vladimir Zelenski Minskdə danışıqlar aparmayacağını bəyan etdi.
“Biz Minskdə danışmayacağıq, istənilən başqa çəhər olsun, haradan da Ukraynaya raketlər uçmur”, – Zelenski bəyan etdi.