Aleksandr Lukaşenko - ABŞ-da keçirilən seçkilər biyabırçılıqdır, bu demokratiya ilə məzələnməkdir
Belorusiya prezidenti Aleksandr Lukaşenko ABŞ-daki prezident seçkilərinə səslənir və bəyan edir ki, bu seçkilər demokratiya ilə məzələnməkdir.
Lukaşenkonun bəyanatı ilə bağlı məlumatı “Belta” agentliyi yayır.
“Demokratiya abidəsi.. baxın bir oradaki seçkilərdə nə baş verir. Bu biyabırçılıq və demokratiya ilə məzələnməkdir” – dedi Belorusiya prezidenti juranlistlərlə söhbət zamanı.
Aleksand Lukaşenko qeyd etdi ki, ABŞ seçkilərini diqqətlə izləyir və beynəlxalq təşkilatların şərhlərini gözləyir.
Onun dediyinə görə, maraqlandığı odur ki, beynəlxalq təşkilatlar, eyni Belorusiyada etdikləri kimi, ABŞ-da da seçkilərin yenidən keçirilməsini tələb edəcəklər mi.
“Əslində yenidən seçkilər bugündən tələb edilməlidir, çünki ABŞ seçkilərində bütün qanunvericilik pozuldu. Çox maraqlıdır, almanların, fransızların və digər superdemokratların buna nə cavabı olacaq” – dedi Aleksandr Lukaşenko.