Aleko Elisaşvilinin vəkili Tbilisi şəhər məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edib
Aleko Elisaşvilinin vəkili Tbilisi şəhər məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edir. Qiorqi Rexviaşvili bu yaxınlarda həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Vəkilin sözlərinə görə, məhkəmə siyasi motivlərlə Aleko Elisaşviliyə həbs qətimkan tədbiri seçib.
Rexviaşvilinin sözlərinə görə, işdə olan dəlillər Elisaşvilinin özünümüdafiə məqsədilə geri çəkilmə prosesində olduğunu müəyyən edir.
Tbilisi şəhər məhkəməsi dekabrın 6-da “Güclü Gürcüstan”ın liderlərindən biri Aleko Elisaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib.