Aleko Elisaşvili - yaxın gələcək göstərəcək, Giorgi Qaxariya özünü müxalifətdə tədbiq edə biləcək ya yox
Aleko Elisaşvili - yaxın gələcək göstərəcək, Giorgi Qaxariya özünü müxalifətdə tədbiq edə biləcək ya yox

Bilmirəm, Giorgi Qaxariya özünü müxalifətdə tədbiq edə biləcək ya yox, bunu yaxın gələcək göstərəcək və bunu yerli özünüidarəetmə  seçkiləri zamanı biləcəyik, – bu barədə “Vətəndaşlar” partiyasının lideri,Aleko Elisaşvili “Gürcüstan üçün” partiyasının lideri, Giorgi Qaxariya barəsində söhbət edərkən bəyan etdi.

Onun dediyinə görə, Giorgi Qaxariya nepotizm və korrupsiya barəsində söhbət edərkən dəqiqləşdirməli idi bu prolemlər haradan gəlir.

“Kimin layihəsidir, na layihədir, bunu vaxt və onun hərəkətləri göstərəcək. Giorgi Qaxariya baş nazir idi, biznes ombudsmen idi, Dİ naziri idi və dedi ki, ölkənin əsas problemi nepotizm və korrupsiyadır. Dünən dəqiqləşdirməyi ondan xahiş edəndə konkret bir şey demədi, ümumiyyətlə sistemdir dedi. Düşünürəm bu cavabla özünü bir daha pis vəziyyətə saldı. Çünki bunu dediyinə görə, dəqiqləşdirməli idi, nepotizm və korrupsiya haradan gəlir və buna kimlər qatılıb. Bir şey deyəndə və sonra deyəndıə ki, “niçurtu” etmişəm, düzgün deyil”, – Aleko Elisaşvili bəyan etdi.