“Gürcü Arzusu” önəmli nələrisə güzəştə getməlidi, başqa təqdirdə danışıqların tamamilə mənası olmayacaqdı, onda gərək biz də, “Gürcü Arzusu” da və səfirlər də boş yerinə əziyyət çəkməməliyidik, – bu barədə “Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili bəyan etdi.
Elə onun dediyinə görə, müəyyən ümid var ki, nəsə razılaşma baş tutacaq.
“Ola bilsin heçnə üzərində razılığa gələ bilməyək və dağılaq, belə öz yolumuzla gedək, lakin müəyyən ümid var ki, nəsə razılığa gələcəyik. “Gürcü Arzusu” öz mövqeyi ilə gəlir, biz öz mövqeyimizlə gedirik. Biraz güzəşt var və bu barədə az sonra biləcəksiniz. Güzəştlər dövlətçilik baxımından düzgün və məntiqli olmalıdır. Ümid edirəm razılığa qədər gedib çıxacağıq”, – Elisaşvili bəyan etdi.
ABŞ-ın Gürcüstandakı səfiri iqamətgahında danışıqların üçüncü raundfu keçirilir. Müxalifət və “Gürcü Arzusu” nümayəndələri səfirlərlə birlikdə görüş keçirirlər.