Aleko Elisaşvili - Mona.ge platformasını bəyənmirəm, Rusiyadan külli miqdarda və anlaşılmaz məbləğ köçürülərkən sanki bu heç nədir, bu fonda Rusiya ilə münasibəti barədə başqası ilə mübahisə aparmağınız, bu, mənim üçün anlaşılmazdır

Bu platforma və ideyanı bəyənmirəm, çünki onunla nə əldə etmək istədiklərini bilmirəm. Rusiyadan külli miqdarda və anlaşılmaz məbləğ köçürülərkən sanki bu heç nədir, bu fonda Rusiya ilə münasibəti barədə başqası ilə mübahisə aparmağınız, bu, mənim üçün anlaşılmazdır – deyə “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili açıqlayıb.

Elisaşvili Zurab Caparidzenin “Droa” ilə birlikdə Mona.ge platformasını yaratması, Rusiya rejiminin xidmətində olan insanların şəxsiyyətinin rəqəmsal formatda saxlanacağı barədə açıqlamasını şərh edib.

Aleko Elisaşvili hakimiyyətə qarşı bu mübarizə üsulunun onun üçün qəbuledilməz olduğunu bildirib.

“İqtidar çox şeyə görə tənqid oluna bilər və o, qədər insanı ifşa edə bilərik, bu formada bir az anlaşılmazdır. Müxalifət bir az fərqli mübarizə aparmalıdır, bu, mənim üçün məqbul olan yol və üsul deyil”- Aleko Elisaşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.