Aleko Elisaşvili - xalq müdafiəçiliyinə razılaşdırılmış namizəd kimdir, bilmirəm, məsələnin səsvermədə uğursuzluq yaşayacağı ilə bağlı məndə hiss, bu isə pis olacaq
Mən barəsində konsensusun olacağı xalq müdafiəçisi vəzifəsinə namizəd hələ ki görmürəm – bu barədə “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.
O bildirib ki, yaxın vaxtlarda səsvermə keçirilsə, uğursuzluqla nəticələnəcək və xalq müdafiəçisi seçə bilməyəcəklər.
“Bu məsələ səsverməyə çıxarsa, yəqin ki, uğursuzluq yaşayacağı ilə bağlı məndə hiss var , bu isə pis olacaq . Razılaşdırılmış namizədin kim olduğunu bilmirəm. Yaxın vaxtlarda səsvermə keçirilsə, uğursuzluqla nəticələnəcək və xalq müdafiəçisi seçə bilməyəcəklər. Mən hələlik bütün tərəflər üçün məqbul olan namizəd görmürəm” -deyə Elisaşvili bildirib.