“Gürcü Arzusu” şantaj dili ilə söhbəti dayandırdı, indi müxalifət də məsuliyyətlə hərəkət etməlidir, – Parlament müxalifətinin nümayəndəsi, “Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili “Gürcü Arzusunun” qərarını ki, müxalifətçi deputatların səlahiyyətlərini dayandırmasın, bu cür dəyərləndirdi.
Elisaşvilinin dediyinə görə, bu düzgün qərardır.
“Yaxşı, doğru və düzgün qərardır. Bu günə qədər “Gürcü Aruzsu” nə cür danışırdısa, xoşuma gəlmirdi, çünki bu şantajdır – səlahiyyətini dandıracam, bunu edəcəm, onu edəcəm. Biz və “Gürcü Arzusu” memoranduma razılaşdıq. Bu memorandum nəzərdə tutur ki, Gürcüstanda seçkilər artıq saxtalaşdırlmamalıdır. Mandatların ləğv edilməsi bunların hamısını bağlayacaqdı. Yaxşıdır ki, “Gürcü Arzusu” şantaj dili ilə söhbəti dayandırdı, indi müxalifət də məsuliyyətlə hərəkət etməlidir”, – Elisaşvili bəyan etdi.