Aleko Elisaşvili bəyan edir ki, müxalifətin bu günki görüşündə söhbət üçüncü raund üçün hazırlıq barəsində olacaq
“Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili bəyan edir ki, müxalifətin bu günki görüşündə söhbət üçüncü raund üçün hazırlıq barəsində olacaq.
“Görüşdə söhbət üçüncü raund üçün hazırlıq barəsində olacaq, necə gedək, nə ilə gedək, nə cür gedək. Bu barədə olacaq söhbət və fikirlərimizi mübadilə edəcəyik. Görüş başlayana qədər konkret məsələ barəsində danışmaq istəmirəm. Müxtəlif məsələ üzrə fikir ayrılılığı var. Müxtəlif partiyaların üzvüyük. Təsəsvvür edin ki, elə müxtəlif insanlarıq ki, bir birimizi çox da bəyənmirik və bir çox məsələdə bir birimizlə razılaşmırıq. Söüzsüz ki, müxtəlif məsələlər üzrə müxtəlif fikirlərimiz var, lakin baxaq. Buna qədər razılaşmağı bacarırdıq. Lakin bu gün alınacaq ya yox deyə bilmərəm. İki tərəfli güzəşt lazımdır”, – Aleko Elisaşvili bəyan etdi.