Albaniya və Gürcüstan futbol yığmaları arasında qarşılaşmanın ictimai nümayişi ilə əlaqədar Birinci Respublika Meydanında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Albaniya və Gürcüstan futbol yığmaları arasında qarşılaşmanın ictimai nümayişi ilə əlaqədar Birinci Respublika Meydanında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

 
Gürcüstanın milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər qarşılaşmasının ictimai nümayişi Birinci Respublika meydanında keçiriləcək, bu səbəbdən sözügedən ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Onların məlumatına əsasən, məhdudiyyət Rustaveli prospekti və Respublika meydanının kəsişməsindən Respublika meydanı və Merab Kostava küçəsinin kəsişməsinədək olan yol hissəsində sentyabrın 9-u saat 21:00-dan sentyabrın 11-i saat 12:00-dək qüvvədə olacaq.

“Qeyd olunan vaxt ərzində Rustaveli prospektindən Kostava küçəsi istiqamətində hərəkət edən avtomobillər yalnız Mixeil Cavaxişvili və Merab Kostava küçələri istiqamətində hərəkət edə biləcəklər. Cavaxişvili küçəsindən hərəkət edən avtomobillər Tbilisi Dövlət Konsert Zalı istiqamətində, Kostava küçəsindən isə yalnız Rustaveli prospekti və Azadlıq meydanı istiqamətində hərəkət edə biləcəklər.

İctimai nəqliyyata gəlincə, N359 avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Kostava küçəsi istiqamətində, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək.

N457 mikroavtobus Besiki küçəsi istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi istiqamətində hərəkət edəcək, Revaz Lağidze küçəsi ilə Rustaveli prospektinə qoşulacaq, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.