Albaniya Xarici İşlər Nazirliyi - Şovi kurortunda baş vermiş dağıdıcı sürüşmə nəticəsində həlak olanlara yas tutan gürcü xalqına dərin hüznlə başsağlığı veririk
Albaniya Xarici İşlər Nazirliyi - Şovi kurortunda baş vermiş dağıdıcı sürüşmə nəticəsində həlak olanlara yas tutan gürcü xalqına dərin hüznlə başsağlığı veririk

Albaniya Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurortunda baş vermiş hadisə ilə bağlı başsağlığı verir.

“Şovi kurortunda baş vermiş dağıdıcı sürüşmə nəticəsində həlak olanlara yas tutan gürcü xalqına dərin hüznlə başsağlığı veririk. Albaniya bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayır”, – Albaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.

Gürcüstanda 7 avqust matəm günü elan edilib.