Albaniya-Gürcüstan futbol matçından sonra bələdiyyə nəqliyyatı vətəndaşlara uzadılmış iş rejimində xidmət göstərəcək
Albaniya-Gürcüstan yığmaları arasında bu günə planlaşdırılan oyun dövründə, azarkeşlərin rahat hərəkətini təmin etmək məqsədilə Tbilisi metrosunun və bələdiyyə avtobuslarının bir hissəsi sentyabrın 11-i saat 02:00-a kimi hərəkət edəcək. Məlumatı Tbilisi Meriyası yayır.
“Gürcü azarkeşlər üçün Tbilisi Meriyasının və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə matçın ictimai nümayişinin keçiriləcəyi Respublika Meydanında böyük ekran quraşdırılıb.
Tədbirdə iştirak sərbəstdir, vətəndaşlara isə N301, N306, N308, N310, N311, N314, N326, N331, N337, N342, N345, N352, N358, N359, N364, N388, N391 və N397 avtobuslar xidmət göstərəcəklər. Tbilisi metrosu da gec saatlara qədər işləyəcək.
UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyunu bu gün Tirana şəhərində, Tbilisi vaxtı ilə saat 22:45-də keçiriləcək” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.