Alban deputat - Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün genişlənmə prosesinə üstünlük verilməsi vacibdir, Ukrayna, Moldova və Gürcüstanı unutmamalıyıq
Alban deputat - Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün genişlənmə prosesinə üstünlük verilməsi vacibdir, Ukrayna, Moldova və Gürcüstanı unutmamalıyıq

 
Qoşulmaq istəyən ölkələr üçün genişlənmə prosesinə üstünlük verilməsi vacibdir – alban deputat İorida Tabaku Aİ-yə üzv dövlətlərin parlamentlərinin xarici komitə sədrləri formatında görüşün keçirildiyi Madriddə bu barədə danışıb.

Alban deputat bildirib ki, ölkəsinin Avropa İttifaqına gedən yolda irəliləyişlərə ehtiyacı var.

“İspaniyanın son sədrliyindən 10 il keçsə də, bizdə hələ də vəziyyət eynidir. Düzdür, bu, məziyyətə əsaslanan prosesdir, bunlar bizim ölkələrimiz üçün islahatlardır, lakin Albaniya və Monteneqro, Şimali Makedoniya üçün irəliləyiş, o cümlədən Kosovo üçün viza liberallaşdırılması və Monteneqro, Serbiya və Bosniya və Herseqovina üçün yeni inkişaflar lazımdır. Həmçinin, Ukrayna, Moldova və Gürcüstanı unutmaq olmaz” – deyə alban deputat bildirib.