Alazanidə təxminən b.e.ə V-IV əsrlərin sarayının qalıqlarını aşkar etdilər - Milli Muzaey fotolar yayır
Gürcüstan Milli Muzeyinin beynəlxalq ekspedisiyası, Alazanidə, Siğnaği munisipalitetinin Cuqaani kəndində işini başa çatdırdı. Arxeoloji işlər nəticəsində, təxminən b.e.ə V-IV əsrlərin sarayının qalıqları aşkar edildi. Məlumatı Gürcüstan Milli Muzeyi yayır.
Milli Muzeyin arxeoloji komandası Alazanidə geofiziki kəşfiyyat nəticəsində təxminən bir hektara yayılmış, güman edildiyinə görə, yanğın baş vermiş tikili qalıqlarını qeydə aldı.
Milli Muzeydə qeyd edirlərlər ki, yeni aşkar edilmiş sarayın qalıqaları cəmi 40 sm. dərinlikdə idi və şumlama zamanı çox zədələnib.