Alan Dunkan - Rusiyaya adicə bir mesajım var: dəmir çəpərliklər qeyri-məqbuldur və onları demontaj etsinlər
Alan Dunkan - Rusiyaya adicə bir mesajım var: dəmir çəpərliklər qeyri-məqbuldur və onları demontaj etsinlər

Rusiyaya adicə bir mesajım var: dəmir çəpərliklər qeyri-məqbuldur və onları demontaj etsinlər, – bu barədə bəyanatı Gürcüstanda səfərdə olan Britaniyanın Avropa İşləri Naziri Ser Alan Dunkan, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani ilə görüşdən sonra verdi.

Alan Dunkanın dediyinə görə, o dəmir çəpərliklər sadəcə Rusiyanın həmin ərazidə qeyri qanuni şəkildə olmasının lyustrasiyasıdır.

“Rusiyaya qarşı yeni sanksiyaların qoyulub-qoyumayacağını bilmirəm, amma çox yaxında Rusiyanın Gürcüstana qarşı etdiyi hərəkətləri qınayan səslər çoxalacaq” – dedi Alan Dunkan.

Xatırladaq ki, Kareli munisipalitetinin Atots kəndində rus əsgərləri əraziyi dəmir çəpərliklərlə bağlayırlar.