Al Jazeera-nın jurnalisti Saakaşviliyə - əgər dediyiniz kimi suçsuzsunuzsa, niyə Gürcüstana qayıtmırsınız?
Ukrayna iqtidarı məni həbs etmək istəmir, onlar məni başlarından azad etmək və ölkədən qovalamaq istəyirlər – bu bəyanatı Gürcüstanın sabiq prezidenti və Oddesanın sabiq qubernatoru Mixail Saakaşvili Al Jazeera-nın jurnalisti Mehdi Hasaninin – UpFront verlişində bəyan etdi.
Verlişin aparıcısı Saakaşviliyə qarşı qaldırılan cinayət işləri və aparılan məhkəmə davaları ilə maraqlandı.
Hasan Saakaşvilidən soruşdu ki, əgər suçsuzdursa, niyə Gürcüstana geri qayıtmaq istəmir. Jurnalistin dediyinə görə, görünən odur ki, Saakaşvilinin tək yolu həbsxanadır.
Aparıcı: Siz iki dəfə Gürcüstan prezidenti vəzifəsinə seçildiniz və ölkəyi doqquz il idarə edirdiniz. İndi isə, Gürcüstan tərəfindən axtarışdasınız. Siz prezidentlikdən düşən şəxs oldunuz. Bu necə bir hissdir?
Saakaşvili: Prezidentlik müddətimi olduqca yaxşı nəticələrlə başa çatdırdım. Mənim prezidentliyimin dövründə, Gürcüstan bütün region üçün müvəffəqiyyət nümunəsi idi. Sonra ilk dəfə iqtidarın sülh yolu ilə dəyişikliklər nəticəsində yeni iqtidar gəldi, hansının əsas məqsədi Saakşviliyi həbs etməkdir. Onlar mənim həbs edilməm üçün səbəb olaraq, məhbusları əfv etmə qərarımı adlandırdılar. Bu müasir tarixdə ilk haldır ki, prezidenti cinayət və korrupsiya üçün deyil, məhbusları əfv etdiyi üçün həbs edirlər.
Aparıcı: Gürcüstanda 11 ilə qədər həbs cəzası sizin üçün bir çox ittihamlara görə tələb olunur, hansılar ki, prezidentlik dövrünüzlə bağlıdır. Bu ittihamlar arasında vəzifədən suistifadə də var, sizcə, sizə qarşı irəli sürülən ittihamlar nə dərəcədə ağırdır?
Saakaşvili: Gürcüstan iqtidarının bəyanatlarına baxmayaraq, onlar mənim Gürcüstana ekstradisiyamdan çox qorxurlar, çünki mən çox populyaram. Mən müasir Gürcüstan dövlətini yaradan biriyəm və əhalinin böyük hissəsi məni dəstəkləyir.
Aparıcı: arxanızda Ukrayna bayrağı var. Sizi nə vadar etdi ki, bir ölkənin prezidentliyindən sonra bir digər ölkəyə gedib baş-nazir olmaq ambisiyanız olsun? Bir çox insan deyə bilər ki, bu sabiq Gürcüstan prezidenti tərəfindən heç də vətənpərvər hərəkəti deyil.
Saakaşvili: Öncəliklə, sizə bir çox bənzər tarixi misallar və böyük tarixi fiqura Simon Bolivarı xatırlada bilərəm. İkinci tərəfdən isə, əgər Rusiya Ukraynada qalib gəlsə, o balaca Gürcüstanı tamamən dünya xəritəsindən silə bilər. Bununla yanaşı, gəncliyimin 14 ili Ukraynada keçib və orayı vətənim kimi sevirəm.
Müsahibənin sonunda, jurnalist tərəfindən Saakşvilinin prezidentlik dövründə insan hüquqlarının pozulması faktları ilə bağlı verilən suallara Saakaşvili belə cavab verdi: Düşünürəm ki, sözlərini daha diqqətli seçməlisiniz, məlumatınız doğru deyil.
Jurnalist isə cavab olaraq, “siz yalan və ikili standartlarla hərəkət edirsiniz” dedi.
Aparıcı: Avropa İttifaqı tərəfindən hazırlanan hesabatda deyilir ki, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsini siz başlatdınız.
Saakaşvili: Xeyr biz sadəcə ölkəyə daxil olan düşmana reaksya verdik. 100 dəfə Rusiyadan balaca bir dövlət necə onunla müharibəyə başlaya bilərdi. Siz nədən danışırsınız?