Akustik səs-küyün icazə verilən normalarının aşılması ilə bağlı mövcud cərimələrə yenidən baxılması planlaşdırılır
Akustik səs-küyün icazə verilən normalarının aşılması ilə bağlı mövcud cərimələrə yenidən baxılması planlaşdırılır. Büronun bu gün keçiriləcək iclasında “İnzibati Xətalar Məcəlləsi”nə hazırlanmış dəyişikliklər təqdim olunacaq.
Qanun layihəsinə əsasən, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda və ya dövlət/ictimai qurumun binasında istənilən zaman kəsiyində akustik səs-küyün icazə verilən normalarının aşılması birinci dəfə fiziki şəxs halında 150 lari məbləğində , hüquqi şəxs və fərdi sahibkar halında isə 1500 lari məbləğində cərimələnmə ilə nəticələnəcək. Layihədə dəqiqləşdirilib ki, təkrarlanma halında cərimənin miqdarı fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər və fərdi sahibkarlar üçün 5000 lari olacaq. Qanun layihəsi ilə müəyyən edilir ki, inzibati cərimə tətbiq olunan şəxs tərəfindən eyni əməlin üçüncü və hər növbəti dəfə törədilməsi fiziki şəxs halında 1000 lari, hüquqi şəxs və fərdi sahibkar halında 10 000 lari məbləğində cərimələnmə ilə nəticələnəcək.
Dəyişikliklərin təşəbbüskarları 2023-cü ilin göstəricilərinə əsasən, yanvar-iyul ayları da daxil olmaqla, 344 qanun pozuntusu protokolunun tərtib edildiyini söyləyən parlament əksəriyyətinin üzvləridirlər. Deputatların qiymətləndirməsinə əsasən, statistika göstərir ki, mövcud reqlament fonunda qanun pozucuları müəyyən edilmiş cərimələrdən çəkinmirlər və problemin aradan qaldırılmasının effektiv yolu müəyyən edilmiş cərimələrin ağlabatan həddə artırılmasıdır, bu da ola bilsin daha effektiv profilaktik xarakter alsın.