Teatr və kino aktyoru, Gürcüstanın əməkdar artisti Nuqzar Şaria 81 yaşında dünyasını dəyişib. Məlumatı “Gürcüstanın Teatr Cəmiyyəti” yaradıcılıq birliyi yayır.
Nuqzar Şaria “Xevisberi Qotça”, “Paliastomi”, “Abesalom və Eteri”, “Enquri sahillərində” daxil olmaqla bir sıra kino rolları ilə tanınırdı.
1970-ci ildə Nuqzar Şaria Kubaya gedərək bir daha Sovet İttifaqına qayıtmayıb, sonra Parisdə siyasi sığınacaq istəyib və tezliklə “Azadlıq” radiosunun Paris şöbəsində işləməyə başlayıb. 1971-ci ildə Nyu Yorka köçərək “Amerikanın Səsi”ndə işləməyə davam edib. O, həmçinin Nyu York və Kolumbiya universitetlərində kino rejissorluğu üzrə mühazirələr oxuyurdu.