Aktyor Andro Çiçinadze, komediya ustası Onise Tsxadadze və qrup zorakılığında iştirakda ittiham olunaraq həbs edilən daha 9 nəfərin işinə şəhər məhkəməsində baxılır
Aktyor Andro Çiçinadze, komediya ustası Onise Tsxadadze və qrup zorakılığında iştirakda ittiham olunaraq həbs edilən daha 9 nəfərin işinə şəhər məhkəməsində baxılır

Aktyor Andro Çiçinadze, komediya ustası Onise Tsxadadze və etiraz aksiyaları zamanı qrup zorakılığında iştirak etməkdə ittiham edilərək həbs edilən daha 9 nəfərin işinə Tbilisi şəhər məhkəməsində baxılır.

Bugünkü prosesdə onların barəsində seçilmiş həbs-qətimkan tədbiri – azadlıqdan məhrumetmə cəzasına yenidən baxılacaq. Müdafiə tərəfi məhbusların zaminə buraxılması ilə bağlı vəsatət verəcək.

Tbilisi şəhər məhkəməsi aktyor Andro Çiçinadze, komediya ustası Onise Tsxadadze və daha dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin qrup zorakılığında iştirak etməyi nəzərdə tutan ikinci hissəsi ilə ittiham irəli sürülüb. Bu cinayət 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.