Aktrisa Ketevan Kiknadze vəfat edib
Aktrisa Ketevan Kiknadze vəfat edib

 
Gürcü aktrisa Ketevan Kiknadze 85 yaşında vəfat edib. Bu haqda məlumatı onun ailə üzvləri Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər.

Ketevan Kiknadze 1959-cu ildə Tbilisi Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. 1959-cu ildən Mərcanişvili Teatrının aktyoru idi; 16-dan çox bədii, televiziya filmi və serialında çəkilib: Mariam (“Keçmişlə görüş”), Tina (“Tariel Qolua”), Beçuni Pertia (“Data Tutaşxia”), Zazanın anası (“Ağ bayraqlar”), Marqo (” Premyera “), Çariça Ketevan (“And kitabı”) və s. 100-dən çox tamaşada iştirak edib.

Mükafatlar, premiya və prizlər alıb: 2005 – Borcominin fəxri vətəndaşı; 1999– Gürcü teatr və kino sənətinin inkişafındakı şəxsi böyük xidmətinə və məhsuldar yaradıcılıq və ictimai xadimliyinə görə “Şərəf” ordeni; 1991 – Ceyms Taunun (ABŞ) fəxri vətəndaşı ; 1987 – Gürcüstanın xalq artisti; 1987 – Şota Rustaveli adına dövlət premiyası; Kote Marcanişvili adına premiya; Gürcüstanın əməkdar artisti.