Aksiyaya informasiya texnologiyaları sahəsinin nümayəndələri rəhbərlik edirlər
Aksiyaya informasiya texnologiyaları sahəsinin nümayəndələri rəhbərlik edirlər

Tbilisidə informasiya texnologiyaları sahəsinin nümayəndələrinin aksiyası keçirilir.

Mitinq iştirakçıları Azadlıq meydanı istiqamətində yürüş edirlər. Əvvəlcə Respublika meydanına toplaşıblar, daha sonra isə Parlamentin qarşısında dayanıblar.

Yürüş iştirakçıları “Gürcü arzusu”nun noyabrın 28-də qəbul etdiyi qərara etiraz edir, eyni zamanda yenidən seçkilərin keçirilməsini və mitinqdə saxlanılanların azadlığa buraxılmasını tələb edirlər.

Məlumat üçün bildirək ki, gün ərzində müxtəlif yerlərdə daha bir neçə yürüş planlaşdırılıb.