Aksiya zamanı xəsarət alan Gürcüstanın Birinci Kanalının operatoru istintaq orqanına müsahibə verib
Mitinqdə xəsarət alan Gürcüstanın birinci kanalının operatoru Beso Qafrindaşvili istintaq orqanına müsahibə verib. O, müstəntiqlərə ətraflı məlumat verib. Beso Qaprindaşilinin sözlərinə görə, naməlum şəxs peşə fəaliyyəti ilə məşğul olarkən pirotexniki vasitələrdən atəş açıb.
Hazırda onun səhhətinin vəziyyəti qənaətbəxşdir.
“Mən ötən çərşənbə axşamı baş vermiş hadisə ilə bağlı istintaq orqanına çağırılmışam. Mitinq zamanı öz işimi görürdüm. Çəkiliş zamanı mənə atılan pirotexniki vasitələr dəydi. Əlimi incitdim. Jurnalistin fəaliyyətinə mane olması faktı ilə bağlı araşdırmalara başlanılıb. Hazırda səhhətimdə daha yaxşıyam”. – Beso Qaprindaşvili dedi.
Jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “B” yarımbəndi və 154-cü maddəsinin 2-ci hissəsi ilə aparılır.
Xatırladırıq ki, Gürcüstanın Birinci Kanalının operatoru dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı xəsarət alıb. Video görüntülərdə mitinq iştirakçılarından birinin ona pirotexniki vasitələr atdığı görünür.