Aksiya zamanı həbs edilən on nəfərə inzibati həbs qərarı, bir nəfərə 1000 larilik cərimə verildi, 25 nəfərin məhkəmə prosesi isə, təxirə salındı
Hakim Valerian Pilaişvilinin qərarı ilə, noyabrın 18-də aksiya zamanı həbs edilən 25 nəfərin məhkəmə prosesi təxirə salındı.
Bununla yanaşı, aksiya zamanı həbs edilən 10 nəfər üçün 5 günlük həbs qərarı verildi.
Yenə bir aksiya iştirakçısına isə, 1000 larilik cərimə yazıldı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 18-də, parlamentin qabağında keçirilən aksiya zamanı “inzibati hüquq məcəlləsinin” 173-cü və 166-cı maddələrinin (xuliqanlıq) pozulması ittihamı ilə, 37 nəfər həbs edildi.