Aksiya təşkilatçılarının verdiyi bəyanata görə, etiraz aksiyası bu gün Tbilisinin müxtəlif küçələrində davam edəcək
Aksiya təşkilatçılarının verdiyi bəyanata görə, etiraz aksiyası bu gün Tbilisinin müxtəlif küçələrində davam edəcək

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiya iştirakçıları Tbilisi küçələrində etiraz aksiyalarını davam etdirəcəklər.

Parlament qarşısındakı aksiyada Rati Amağlobelinin dediyinə görə, bir axın Birinci Gimnaziya yanından, ikinci axın isə Şagird-Gənçlik sarayından hərəkətə başlayacaq. Elə onun dediyinə  görə, Tbilisi küçələrində zorakı olmayan  hərəkat başlayacaq.

“Bu bizi gənclərimizi böyüdən iki ocaqdır, biz gələcəyimizi qorumaq üçün bu mərkəzdə toplaşırıq”,- Rati Amağlobeli qeyd etdi.

Hazırda İnqoroğva küçəsinə doğru hərəkət edən etiraz qruplarından birinə Rati Amağlobeli və Eka Kvesitadze rəhbərlik edir.

Parlament bir az əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda səsverməyə qoydu və 23 əleyhinə 83 səslə təsdiklədi.