Aksiya iştirakçılarının bir hissəsi parlamentin qapısını sındırmağa çalışırdı
Aksiya iştirakçılarının bir hissəsi parlamentin qapısını sındırmağa çalışırdı

Rustaveli prospektində, Gürcüstan parlamentinin ətraf ərazisində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

Aksiya iştirakçılarının bir hissəsi Parlamentin qapısını sındırmağa çalışırdı.

Etirazçıların ikinci qrupu həmin yerə gələrək onları dinc aksiyaya çağırıb.

Bununla yanaşı, aksiya iştirakçıları Rusiya bayrağını yandırdılar.

Bir az əvvəl, Daxili İşlər Nazirliyi bəyanat yayaraq, müxtəlif bölmələrin nümayəndələrinin Parlamenti əhatə edən ərazini tamamilə tərk etdiyini və etirazçıların istədikləri yerdə aksiya keçirmək imkanına malik olduqlarını qeyd edib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi siyasi partiya rəhbərlərini, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, etirazlarını dinc şəraitdə bildirməyə, zorakılıq xarakterli aksiyalar keçirməməyə çağırır.