Aksiya iştirakçıları Salome Zurabişvilinin onlarla görüşmək arzusunu ifadə etdiyini açıqlayırlar
Aksiya iştirakçıları Salome Zurabişvilinin onlarla görüşmək arzusunu ifadə etdiyini açıqlayırlar

 

Gürcüstan Prezidenti Salome Zurabişvili aksiya iştirakçıları ilə görüşəcək-bu barədə prezidentin iqamətgahı yaxınlığında keçirilən aksiya iştirakçıları açıqlayıblar.

Aksiya iştirakçıları artıq mərkəzi girişə keçiblər.

Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvilinin açıqladığı üzrə , Zurabişvili Prezident Administrasiyasından nümayəndə göndərərək görüşəcəyi mərkəzi girişə keçmələrini xahiş edib.

“Saakaşviliyə sıfır tolerantlıq”, “Saakaşvilini əfv etmə” – bu şüarlarla əvvəlki hakimiyyətin dövründə zərərçəkmiş insanlar Orbeliani meydanında, Prezident Administrasiyası qarşısında aksiya keçirirlər.

Onlar Saakaşvilinin azadlığa buraxılmasının ölkədə vətəndaş qarşıdurmasının başlaması mənasına gəldiyini bildiriblər.