Aksiya iştirakçıları "POSTV"nin çəkiliş qrupundan aksiyanı tərk etməyi tələb ediblər
“Xarici təsirin şəffaflığı” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə etirazın edildiyi Gürcüstan parlamenti yaxınlığında aksiya iştirakçıları “POSTV”nin çəkiliş qrupundan aksiyanı tərk etməyi tələb ediblər.
Əvvəlcə Laşa Buğadze bununla bağlı bəyanat verib, bundan sonra aksiya iştirakçılarından “POSTV”nin çəkiliş qrupuna yönəlik qışqırıqlar eşidilib – “Get, get”.
“Burada, səhnəmizin yanında rus yalanlarını yayan “POSTV” ortaya çıxdı. Deyək – “Get, get”. Onlar üçün dəhliz yaradaq, təbliğatçılar üçün dəhliz yaradaq” – deyə Laşa Buğadze açıqlayıb.