Aksiya iştirakçıları parlamentin yaxınlığında yerləşdirilmiş dəmir hasarları sökməyə çalışırlar
Aksiya iştirakçıları parlamentin yaxınlığında yerləşdirilmiş dəmir hasarları sökməyə çalışırlar

 
Aksiya iştirakçıları Gürcüstan Parlamentinin yaxınlığında yerləşdirilmiş dəmir hasarları sökməyə çalışırlar. Onlar parlamentin bir az bundan əvvəl üçüncü oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinə etiraz edirlər.

Aksiya iştirakçıları sözügedən qanunun Gürcüstanın Avropaya inteqrasiyası prosesinə mane olacağını deyirlər.

Aksiyanın iştirakçıları etiraz əlaməti olaraq parlamentin yaxınlığındakı dəmir hasarlara əlləri və müxtəlif əşyalarla vururlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin yaxınlığına səfərbər olunublar.

Bir az bundan əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.

“Biz aksiyanın hər bir iştirakçısını qanunla müəyyən edilmiş dinc çərçivədə öz etirazını ifadə etməyə və qanuna zidd hərəkətlərə yol verməməyə çağırırıq”.

Nazirliyin verdiyi məlumatda, bütün qanun pozuntularına müvafiq cavab veriləcəyi deyilir.