Aksiya iştirakçıları Parlamentdən yürüşlə "Gürcü Arzusu" ofisinə doğru gedirlər
Aksiya iştirakçıları Parlamentdən yürüşlə "Gürcü Arzusu" ofisinə doğru gedirlər

Rustaveli prospektindən aksiya iştirakçıları yürüşlə “Gürcü Arzusu” partiyası  ofisinə doğru gedirlər.

Aksiya iştirakçılarının bəyan etdiyinə görə, operator Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı Daxili İşlər nazirinin az öncə verdiyi bəyanat onlar üçün qəbul esilməzdir.

5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar.

Lekso Laşkaravanın vəfat etməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladı.