Axondroplaziyanın müalicəvi dərmanı "Vosoritide"nin coğrafi əlçatanlığı artacaq
Səhiyyə Nazirliyində nadir xəstəliklərlə bağlı fəaliyyət göstərən Koordinasiya Şurasının növbəti iclası keçirilib. Görüşdə axondroplaziyanın müalicəsi üçün “Vosoritide” dərmanının coğrafi əlçatanlığının artırılması təşəbbüsü müzakirə edilib.
Səhiyyə naziri Mixeil Sarcveladzenin sözlərinə görə, hökumətlə razılaşdırmaqla və xəstələrin təhlükəsizliyini və onların digər maraqlarını nəzərə alaraq, “Vosoritide” dərmanı ilə müalicənin coğrafi əlçatanlığı artacaq, buna əsasən, xəstələr dərmanı mümkün qədər evlərinə yaxın olan ambulator xidmət təminatçılarında ala biləcəklər.
Səhiyyə Nazirliyi qeyd edir ki, xəstələr bu xidməti Gürcüstanın bütün ərazisində alacaqlar və prosedurların ixtisaslı tibb işçilərinin nəzarəti altında aparılması şərti ilə istisna hal kimi dərmanı xaricə aparmağa icazə veriləcək.
Nadir xəstəliklər məsələsi ilə məşğul olan koordinasiya şurasının iclasında axondroplaziya sindromlu uşaqların valideynləri, koordinasiya şurasının üzvləri və nazir müavinləri Tamar Qabunia və İrine Tsakadze iştirak ediblər.