Axondroplaziyadan əziyyət çəkən uşaqların valideynləri aksiya-yürüş keçirirlər
Axondroplaziyadan əziyyət çəkən uşaqların valideynləri aksiya-yürüş keçirirlər. Aksiya iştirakçıları yürüşə Hökumət Administrasiyasının binasından başlayıblar və Rustaveli prospektinə doğru istiqamət seçiblər.
Axondroplaziyadan əziyyət çəkən uşaqlar üçün lazım olan “Vosoritide”nin ölkəyə gətirilməsi və dərmanların dövlət tərəfindən maliyyələşdirilməsi aksiya iştirakçılarının tələbidir.
Axondroplaziyadan əziyyət çəkən uşaqların valideynləri 5-ci gündür Hökumət Administrasiyası qarşısında aksiya keçirirlər.
Həmrəylik ifadə etmək üçün valideynlərin aksiyasına müxtəlif sahə və siyasi partiyaların nümayəndələri qatılıblar.