Hökumət Administrasiyası qarşısında axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri aksiya keçirirlər
Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri Hökumət Administrasiyası qarşısında aksiya keçirirlər. Onlar baş nazirlə görüş və dərmanların maliyyələşdirilməsi məsələsinin həllini tələb edirlər.
Valideynlərin sözlərinə görə, onlar artıq dördüncü aydır ki, aksiyalar keçirirlər, lakin Gürcüstanın səhiyyə nazirindən dolğun cavab ala bilmirlər və İrakli Ğaribaşvilini qeyd olunan məsələ ilə maraqlanmağa çağırırlar.
Bu gün məsələ ilə əlaqədar parlamentdə Gürcüstanın səhiyyə naziri ilə müzakirə olub. Görüş qapalı keçirilib və valideynlər də iştirak ediblər. Səhiyyə naziri Zurab Azaraşvilinin görüşdən sonra dediyi kimi, heç bir ölkə bu dərmanı maliyyələşdirmir. Diaqnostik və ya psixoloji dəstəyə gəlincə, onun sözlərinə görə, bununla bağlı dövlət köməklik göstərməyə hazırdır.
Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri bütün gecəni Hökumət Administrasiyası binası yanında qalacaqlarını deyirlər.