Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri etiraz aksiyasını dayandırırlar
Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri etiraz aksiyalarını dayandırırlar.
Valideynlərin sözlərinə görə, onlar Səhiyyə Nazirliyində növbəti görüşdən sonra bu qərarı veriblər.
Nadir xəstəliklərlə bağlı koordinasiya şurasının növbəti iclasından sonra valideynlərdən biri Salome Qabelaşvili jurnalistlərə bildirib ki, onlar “Vosoritide” dərmanı ilə bağlı protokola dair konkret cavab eşidiblər. Hedlayn may ayının sonuna hazır olacaq.
Valideynlərin sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birlikdə məsələ ilə bağlı özləri də prosesə qoşulacaqlar.
Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri aksiyaları aprelin əvvəlindən keçirirlər. Onlar Gürcüstana axondroplaziya dərmanı olan “Vosoritide”nin gətirilməsini və müalicəsinin dövlət tərəfindən maliyyələşdirilməsini tələb edirlər.