Axmetada qətl faktı üzrə bir nəfər saxlanılıb
Axmetada qətl faktı üzrə bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Kaxeti PŞ-nin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci il təvəllüdlü B.X.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Nazirlikdən verilmiş məlumatda cinayətin 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutduğu deyilir.

“İstintaqla təqsirləndirilən şəxsin Axmeta şəhərində məişət zəminində baş vermiş münaqişə nəticəsində qonşusu – 1952-ci il təvəllüdlü L.X.-ya ov tüfəngi ilə atəş açmaqla üz nahiyəsinə xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib. Yaralı L. X. tibb müəssisəsinə çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində B.X. hadisədən qısa müddət sonra “isti izlər”lə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Polis cinayətin törədildiyi silahı – ov tüfəngini sübut olaraq götürüb.

Qəsdən adam öldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır” -deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.