Axmeta munisipalitetində baş verən qəsdən qətl faktı üzrə bir nəfərə ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu, Axmeta munisipalitetində baş verən qəsdən qətl faktı üzrə bir nəfərə ittiham irəli sürdü. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
“Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən olundu ki, 20 apreldə, Axmeta munisipalitetinin Çeşo kəndində, mübahisə zəminində təqsirləndirilən şəxs həmkəndlisinə ov tüfəngindən açdığı atəşlə xəsarətlər yetirdi. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə vəfat etdi.
Hüquqmühafizəçilər cinayəti törədən şəxsi elə həmin gün yaxaladılar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüldü. Maddə 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Telavi Rayon Məhkəməsinə artıq müraciət etdi”, – yayılan məlumatda deyilir.