“Axios” – Tramp noyabrın 6-da telefon danışığında Zelenskiyə Ukraynaya kömək edəcəyini deyib, Elon Mask da söhbətə qoşulub və “Starlink” peykləri ilə Ukraynaya kömək edəcəyinə söz verib

10:33, 09.11.2024

Prezident seçkilərində qələbədən qısa müddət sonra, noyabrın 6-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Axios”un məlumatına görə, Donald Tramp detalları açıqlamasa da, Volodimir Zelenskiyə Ukraynaya kömək edəcəyinə söz verib.

Nəşrin məlumatına görə, Trampla Zelenski arasında 25 dəqiqə davam edən söhbətə amerikalı milyarder Elon Mask da qoşulub və o, öz növbəsində “Starlink” peykləri ilə Ukraynaya kömək edəcəyinə söz verib.

Axiosun sözlərinə görə, Zelenski söhbətin yaxşı getdiyini və bunun Trampın qələbəsi ilə bağlı narahatlığını artırmayacağını hiss edib. Bir mənbə deyib ki, söhbət Zelenskidə ümidsizlik hissi yaratmayıb.

Oxşar