“Axios” – ABŞ enerji obyektlərini qorumaq məqsədilə Səudiyyə Ərəbistanı və Qətərdə daha iki “Patriot” tipli raket sistemini yerləşdirib

14:48, 02.10.2026

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki enerji obyektlərini qorumaq üçün daha iki “Patriot” tipli raket sistemini yerləşdirib.

Bu barədə “Axios” məlumat yayır.

Nəşr ABŞ-ın rəsmi şəxslərinə istinadən yazır ki, raketdən müdafiə sisteminin yerləşdirilməsi neft və qaz obyektlərini qorumaq məqsədi daşıyır.

“Axios”un məlumatına görə, müdafiə sistemi bölgəyə ötən ay çatdırılıb.

Amerika nəşri yazır ki, İrana qarşı miqyaslı əməliyyatların yenilənməsi halında ABŞ Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməli olacaq, lakin əgər Ər-Riyad öz enerji obyektlərinin İranın hücum təhlükəsi ilə üz-üzə qalacağını hesab edərsə, böyük ehtimalla imtina cavabı verəcək.

Oxşar